SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlİsrail səfirliyinin yaxınlığında PARTLAYIŞ - Polis HƏRƏKƏTƏ KEÇDİ
02 Oktyabr 2024 10:53 | Baxış sayı: 365
Kopenhagenin kənarındakı Hellerupda yerləşən İsrail səfirliyinin yaxınlığında iki partlayış baş verib.
AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarka polisi X sosial şəbəkəsində bildirib.
Polisin yaydığı məlumata görə, xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.
"Bölgədə yerləşən İsrail səfirliyi ilə mümkün əlaqə araşdırılır", - məlumatda bildirilib.
İsrail səfirliyi Hellerupdakı Lundevanqsvej küçəsində yerləşir. Həmin ərazidə İran, Türkiyə, Rumıniya və Tailandın diplomatik nümayəndəlikləri də var.(https://savashmedia.az/israil-sefirliyinin-yaxinliginda-partlayis)