SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlİsrail quru əməliyyatını təxirə saldı
15 Oktyabr 2023 10:25 | Baxış sayı: 1028
İsrailin Qəzza zolağında quru əməliyyatı pilotların və PUA-ların havadan dəstək vermək qabiliyyətinə mane olan buludlu hava səbəbindən bir neçə gün təxirə salınıb.
AJMEDİA.İNFO İsrail ordusundakı mənbələrə istinadla xəbər verir ki, bu, 2006-cı ildə İsrail-Livan münaqişəsindən sonra İsrailin ən böyük quru əməliyyatı ola bilər.
HƏMAS hərəkatının adının açıqlanmasını istəməyən üzvünün nəşrə verdiyi məlumata görə, yaraqlılar Qəzzanın şimal hissəsindəki tunellərdə İsrail hərbçilərini pusquya salmaq niyyətindədirlər. İsrail rəsmiləri də öz növbəsində bildiriblər ki, hücumda piyadalardan əlavə tanklar, istehkamçılar və xüsusi təyinatlılar da iştirak edəcək.
Qeyd edək ki, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatına bu gün başlayacağı bildirilirdi.