İSRAİL qırıcıları Livana zərbələr endirdi
31 Yanvar 2024 05:11 | Baxış sayı: 679
Bir müddət əvvəl İsrail döyüş təyyarələri Livanın cənubundakı Xiam kəndində Hizbullah hərəkatının komanda mərkəzinə və müşahidə məntəqəsinə hücum edib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında bildirilib.
Qeyd edək ki, İsrail qırıcıları bundan öncə Hizbullahın Ayta əş-Şabda daha bir müşahidə məntəqəsi və binasına zərbələr endirmişdi.