SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəl“İsrail Qəzzada girovlarla bağlı razılığa gəlməyə həmişəkindən daha yaxındır” – Katz
17 Dekabr 2024 08:20 | Baxış sayı: 603
“İsrail Qəzza zolağında HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsinə dair razılaşmanın bağlanmasına həmişəkindən daha yaxındır”.
AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz parlamentin xarici işlər və müdafiə komissiyasının iclasında deyib.
“Məncə, biz daha bir sövdələşmə bağlamağa həmişəkindən daha yaxınıq. Mümkün qədər az danışmaq daha yaxşıdır”, - nazir bildirib.
“Kan” dövlət televiziya və radio şirkətinin məlumatına görə, nazir bu qapalı iclasda “hökumətdəki əksəriyyət girovlarla bağlı hazırda baxılan sövdələşməni dəstəkləyəcək” deyib.
İsrail rəsmiləri arasından olan nəşr mənbəsi qeyd edib ki, son vaxtlar danışıqlar prosesində nəzərəçarpacaq irəliləyiş əldə olunub. Teleradio şirkətinin həmsöhbətinin sözlərinə görə, hadisələr sürətlə inkişaf edir və indi danışıqlar üçün həlledici günlər yaxınlaşır.