SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl"İsrail Qəzzada girovların azad edilməsi üçün danışıqlar aparır" - Netanyahu
29 Dekabr 2023 08:59 | Baxış sayı: 690
İsrailin Baş naziri Benyamin Netanyahu radikal HƏMAS qruplaşmasının döyüşçüləri tərəfindən oğurlananların qohumları ilə görüşündə Qəzzada girovların azad edilməsi ilə bağlı danışıqların aparıldığını açıqlayıb.
AJMEDİA.İNFO xəbər verir ki, Netanyahunun sözlərinə görə, Misir və Qətər girovların qaytarılmasına şərait yaradır.
“Mən danışıqların statusu ilə bağlı təfərrüata girə bilmərəm, lakin biz onların hamısını evə qaytarmaq üçün çalışırıq. Məqsədimiz budur”, - deyə baş nazir bildirib.
Mənbə: gazeta.ru