SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlİsrail Qəzzada əməliyyatın yeni mərhələsinə BAŞLAYACAQ
20 Noyabr 2023 11:37 | Baxış sayı: 488
Qəzza zolağının şimalında hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələri əməliyyatın yeni mərhələsinə keçəcək.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Conatan Konrikus “StandWithUs” qeyri-hökumət təhsil təşkilatının efirində çıxışı zamanı danışıb.
“Döyüşlərin növbəti mərhələsi Qəzza zolağının şimalında HƏMAS-ın qalıqlarını bitirməyə həsr olunacaq. Bu, asan məsələ deyil, düşünməyin ki, biz onu bir kənara atmışıq. Qəzzanın şimalında hələ də ciddi döyüşlər gedir. Amma gec-tez bu da bitəcək. Ümid edirik ki, bu, İsrail üçün əlavə itkiləri olmadan baş verəcək”, - deyə o bildirib.
“Bu, həyata keçirildikdən sonra biz döyüşün yeni mərhələsinə keçəcəyik, çünki ümumi məqsəd HƏMAS-ın bütün infrastrukturunu məhv etməkdir. Biz heç vaxt özümüzü heç bir coğrafi sərhədlə məhdudlaşdırmamışıq. Biz, sadəcə olaraq, ilk mərhələdə Qəzzanın şimalında döyüşəcəyimizi demişdik”, - Konrikus əlavə edib.
Mənbə: TASS