SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlİsrail Qəzzada bir gündə 400-dən çox hədəfə hücum etdi
02 Dekabr 2023 12:03 | Baxış sayı: 690
Qəzza zolağında atəşkəsin pozulmasından sonra 24 saat ərzində İsrail Müdafiə Qüvvələri (İDF) Fələstin anklavında 400 hədəfə zərbələr endirib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İDF bir gündə Qəzza zolağı boyunca 400-dən çox terrorçu hədəfə hücum etdi”, - məlumatda bildirilib.
Mətbuat xidməti həmçinin əlavə edib ki, gecə saatlarında İsrail Hərbi Dəniz Qüvvələri Qəzza zolağının cənubunda Xan Yunis estakadası ərazisində məqsədyönlü əməliyyatlar həyata keçirib və bu müddət ərzində HƏMAS-ın hərbi obyektlərinə dəqiq silahlardan zərbələr endirib.
Digər tərəfdən, gecə saatlarında İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Xan Yunis ərazisində genişmiqyaslı hücumda 50-dən çox hədəfə hücum edib.