SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlİsrail prezidenti təhlükəsizlik təhdidinə görə Parisə endikdən sonra təyyarənin göyərtəsində 40 dəqiqə qalıb
24 İyul 2024 15:31 | Baxış sayı: 526
İsrail prezidenti İsaak Hersoq və onun nümayəndə heyəti təhlükəsizlik təhdidinə görə Fransaya eniş etdikdən sonra 40 dəqiqə ərzində təyyarədə saxlanılaraq daha sonra Paris hava limanında təyyarəni tərk etməyə icazə verilib.
Bu barədə AJMEDİA.İNFO İsrail prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
Hersoqun sözçüsü hadisənin təfərrüatlarını açıqlamayaraq, "Prezident və onun nümayəndə heyəti artıq təyyarədən enib və planlaşdırılan cədvəllərinə davam ediblər" deyə bildirib. Öz növbəsində Walla xəbər agentliyi bildirib ki, “eniş zamanı yaxınlıqdakı damda şübhəli bir şəxs görünüb”.