Yerusəlimdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - VİDEO
4 saat əvvəlİsrail polisi Əl-Cəzirə telekanalının ofislərində reyd keçirir
05 May 2024 16:45 | Baxış sayı: 530
İsrail rəsmiləri Yəhudi dövlətində yayımın dayandırılması qərarından sonra polisin köməyi ilə Əl-Cəzirə televiziya şəbəkəsinin ofislərindəki avadanlıqları müsadirə edir.
Bu barədə İsrailin rabitə naziri Şlomo Karya məlumat verib.
"Əl-Cəzirəni bağlanır. Rabitə Nazirliyinin müfəttişləri İsrail polisinin dəstəyi ilə hazırda Əl-Cəzirənin Qüdsdəki ofislərində reyd keçirir və kanalın avadanlıqlarını müsadirə edir", - o, X-də (keçmiş Twitter) yazıb.
Bundan əvvəl İsrail hökuməti ölkədəki “Əl-Cəzirə” telekanalını bağlamaq qərarına gəlib. İsrailin baş naziri Benyamin Netanyahu bu qərarın hökumət tərəfindən yekdilliklə verildiyini bildirib və kanalın fəaliyyətini təxribat adlandırıb.//APA