SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl"İsrail ordusunu Qəzzadan çıxarmağa razıdır" - Blinken
21 Avqust 2024 10:54 | Baxış sayı: 379
“Birləşmiş Ştatlar Qəzzada uzunmüddətli gərginliyi qəbul etmir. Daha dəqiq desək, razılaşmada İsrail ordusunun Qəzzadan çıxarılmasının qrafiki və yerləri çox aydındır və İsrail bununla razılaşıb”.
AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken Dohada jurnalistlərə bildirib.
Xatırladaq ki, Qəzzada atəşkəs və girovların azad edilməsi üzrə məsləhətləşmələrin növbəti raundu avqustun 15 və 16-da Dohada keçirilib. Misir, Qətər və ABŞ liderləri danışıqlardan sonra verdikləri birgə bəyanatda bildiriblər ki, görüş müsbət atmosferdə keçib və tərəflər növbəti görüşü gələn həftə Qahirədə keçirmək barədə razılığa gəliblər. Texniki qruplar gələcək sazişin əsas müddəalarının həyata keçirilməsi mexanizmləri, o cümlədən Qəzza zolağında saxlanılan girovların İsrail həbsxanalarında saxlanılan fələstinlilərlə mübadiləsi, habelə anklavdakı humanitar vəziyyətlə bağlı işləri davam etdirəcəklər.
Avqustun 19-da Benyamin Netanyahu ilə görüşdən sonra Blinken jurnalistlərə bildirib ki, İsrailin Baş naziri danışıqlarda fikir ayrılıqlarının aradan qaldırılması təklifini qəbul edib. İndi onun sözlərinə görə, eyni şeyi etmək HƏMAS-ın əlindədir.(sfera.az)