SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlİsrail ordusu “şimalda döyüşün növbəti mərhələsinə” hazır olduğunu açıqlayıb
28 İyul 2024 10:22 | Baxış sayı: 446
İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi bildirib ki, dünən Məcdəl Şəmsə edilən ölümcül raket hücumundan sonra hərbçilər “şimalda döyüşün növbəti mərhələsinə” hazırlığını artırırlar.
“Biz raketin haradan buraxıldığını dəqiq bilirik. Biz burada, futbol meydançasının divarındakı raket qalıqlarını araşdırdıq və bilirik ki, bu, əlli üç kiloqram ağırlığında döyüş başlığı olan “Fələk” raketidir. Bu, Hizbullah raketidir. Və kim şəhər ərazisinə belə bir raket atıbsa, dinc sakinləri öldürmək istəyir, uşaqları öldürmək istəyir”, - Halevi hadisə yerindən videomüraciətində bildirib.
AJMEDİA.İNFO xəbər verir ki, İsrail hadisəyə görə Livan Hizbullah hərəkatını günahlandırır, lakin Hizbullahın özü hər hansı əlaqəni qəti şəkildə inkar edir.