SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlİsrail ordusu Qəzzəni bombalayır
23 Sentyabr 2023 00:26 | Baxış sayı: 731
İsrail ordusu Qəzza zolağındakı hədəflərə zərbələr endirib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri hazırda Qəzza zolağına zərbələr endirir. Təfərrüatlar bundan sonra veriləcək”, - məlumatda deyilir.
“Kan” televiziyası bildirir ki, İsrail ordusunun Qəzza zolağına hücumları Fələstin tərəfdən İsrailə doğru molotov kokteyli balonlarının buraxılmasından sonra gəlib.
Qeyd olunur ki, bu, bir neçə ərazidə açıq ərazilərdə yanğınlara səbəb olub.