SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlİsrail ordusu Qəzzada quru əməliyyatı keçirdi
23 Oktyabr 2023 12:18 | Baxış sayı: 670
Qəzzada quru əməliyyatı üçün hazırlıqlarını davam etdirən İsrail ordusunun məhdud sayda əsgəri bölgəyə daxil olub.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama verib.
Bildirilib ki, İsrail ordusunun əsgərləri qurudan Qəzzadakı fələstinli qruplara qarşı basqınlar təşkil edib. Qəzzada məhdud sayda əsgərin əməliyyat keçirdiyini açıqlayan İsrail, əməliyyat zamanı HƏMAS tərəfindən saxlanılan girovların da axtarıldığını bildirib.
Məsələ barədə açıqlama verən HƏMAS bildirib ki, İsrail qüvvələri Qəzzaya qurudan sızsa da, qarşıdurmalardan sonra öz bazalarına geri çəkiliblər. Fələstin rəsmiləri qarşıdurmalarda İsrail ordusuna məxsus hərbi texnikalara zərər dəydiyini qeyd ediblər.