SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlİsrail ordusu Qəzzada HƏMAS-ın 2, 5 mindən çox hədəfini vurub
05 Noyabr 2023 17:49 | Baxış sayı: 632
İsrail Müdafiə Qüvvələrinin quru qoşunları, donanması və hava qüvvələri Qəzza zolağında HƏMAS-ın 2,5 mindən çox hədəfinə zərbələr endirib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Qəzza zolağında İsrail hərbçiləri yaxın döyüşlərdə terrorçuları məhv edir və HƏMAS terrorçularının infrastrukturuna, silah anbarlarına, müşahidə məntəqələrinə və nəzarət mərkəzlərinə zərbələr endirmək üçün təyyarələr göndərir.
“Hərbçilər gecə saatlarında komanda və idarəetmə mərkəzlərinin, müşahidə məntəqələrinin və terrorçuların əlavə infrastrukturunun yerləşdiyi HƏMAS hərbi kompleksinə zərbələr endirmək üçün aviasiya göndərib”.