SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlİsrail ordusu Qəzzada “Əş-Şifa” xəstəxana kompleksini tamamilə tərk edib
01 Aprel 2024 12:50 | Baxış sayı: 501
İsrail hərbçiləri Fələstinin Qəzza zolağında hərbi əməliyyat keçirdikdən sonra “Əş-Şifa” tibb kompleksini tərk ediblər.
AJMEDİA.İNFO “Al Jazeera”-ya istinadən xəbər verir ki, İsrail qoşunları təxminən iki həftə davam edən hərbi əməliyyatdan sonra “Əş-Şifa” xəstəxanası və onun ətrafından tamamilə çıxıb.
Bildirilir ki, tibb kompleksinin korpusları yararsız hala düşüb, dağıntıların miqyası çox böyükdür.
Qeyd edək ki, Fələstinin HƏMAS radikal qruplaşmasının döyüşçüləri Qəzza zolağında yerləşən “Əş-Şifa” xəstəxanasından hərbi təyinat obyekti kimi istifadə ediblər.