İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlİsrail ordusu: Qəzza zolağında bir gündə onlarla terrorçu zərərsizləşdirilib
18 Fevral 2024 15:14 | Baxış sayı: 559
İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində zərbələr nəticəsində onlarla terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
“Report” bu barədə İsrail Ordusunun mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, fevralın 15-dən başlayan xüsusi təyinatlıların əməliyyatı davam edir.
"Xan Yunisdə, Qəzza zolağının mərkəzi və şimal hissələrində əməliyyatlar davam etdirilir. Son 24 saat ərzində 20-yə yaxın terrorçu zərərsizləşdirilib, çoxlu sayda silah-sursat ələ keçirilib”, - məlumatda deyilir.