SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlİsrail ordusu Qəzza sakinlərinin bölgənin cənubuna təxliyə olunmasına ÇAĞIRDI
18 Oktyabr 2023 08:00 | Baxış sayı: 834
İsrail ordusu Qəzza sakinlərinin zolağın cənubunda əl-Məvasi istiqamətindəki humanitar rayona təxliyə olunması ilə bağlı çağırış edib və burada zərurət olarsa, onlara yardım göstəriləcəyini deyib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin “Telegram” kanalında paylaşım edilib.
“İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimal hissəsində və Qəzza şəhərində yaşayan sakinləri Vadi Qəzzanın cənubundakı Əl-Məvasi bölgəsinə təxliyə olunmasına çağırmaqda davam edir. İsrail Müdafiə Qüvvələri qərbi Xan Yunisdə, Əl-Məvasi bölgəsindəki açıq ərazilərə təxliyə olunmağı tövsiyə edir”, - deyə paylaşımda bildirilib.