SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlİsrail ordusu Livanda “önləyici hərbi əməliyyata” başladığını elan etdi
24 Sentyabr 2024 07:58 | Baxış sayı: 426
“İsrail ordusu (İDF) sentyabrın 23-də səhər saatlarında Livanın “Hizbullah” qruplaşmasına qarşı önləyici hərbi əməliyyata başlayıb”.
AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.
“Biz “Hizbullah”ın 20 ildir inşa etdiyi hərbi infrastrukturu məhv edirik. Bu çox vacibdir. Hədəfləri vurub növbəti mərhələləri hazırlayırıq. Nəhayət, hər şey İsrailin şimalındakı köçkünlərin öz evlərinə qayıtması üçün şərait yaratmağa yönəlməlidir”, - Halevi bildirib.
Qeyd edilib ki, sentyabrın 23-ü səhər saatlarından İsrail qırıcıları və pilotsuz təyyarələri Livandakı “Hizbullah” hədəflərinə 1300-dən çox zərbə endirib, qrupun raketlər, mərmilər, buraxılış qurğuları və dronları saxladığı binalara və digər obyektlərə hücum edib.
İsrailin Baş naziri Benyamin Netanyahu ingilis dilində Livan sakinlərini İsrail ordusunun əməliyyatı başa çatana qədər evlərini tərk etməyə çağırdığı videomüraciət yayıb.
İDF-nin məlumatına görə, sentyabrın 23-də “Hizbullah” Livandan İsrailə 165 raket atıb, onların əksəriyyəti Hayfa da daxil olmaqla şimal bölgələrinə atılıb.
İsrail hökuməti sentyabrın 30-dək ölkənin bütün ərazilərində xüsusi vəziyyət elan edib. Bu, hakimiyyət orqanlarına məhdudiyyətlər qoymağa imkan verəcək. İndiyədək heç bir məhdudiyyət tətbiq edilməyib.