20 Aprel 2025
İsrail ordusu Livanda HƏMAS komandirini MƏHV ETDİ

İsrail ordusu Livanda HƏMAS komandirini MƏHV ETDİ

İsrail ordusu Livanda HƏMAS komandirini MƏHV ETDİ

18 İyul 2024 12:14 | Baxış sayı: 403

İsrail Hərbi Hava Qüvvələrinə məxsus uçuş aparatı Livanın şərqindəki Bekaa vadisində HƏMAS-ın səhra komandirlərindən biri Məhəmməd Cabaranı hava zərbəsi ilə məhv edib.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, M.Cabara Livandan İsrailə qarşı terror aktları və raket buraxılışına görə məsuliyyət daşıyırdı.

“Bu addım HƏMAS-ın İsrailin şimal sərhədi ərazisində ölkəyə qarşı hücumlar planlaşdırmaq və həyata keçirmək imkanlarını azaldır”, - məlumatda qeyd edilib.