İsrail ordusu: “HƏMAS-ın yeraltı tunelləri, silah anbarları məhv edilib“
20 Oktyabr 2023 07:22 | Baxış sayı: 627
“İsrail Müdafiə Ordusunun (SAXAL) qırıcıları təkcə bu gecə ərzində HƏMAS-ın yüzdən çox hərbi obyektini məhv edib“.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat verib.
“Sıradan çıxarılan hədəflərə yeraltı tunel, silah anbarları və komanda mərkəzləri də daxildir”, - deyə İsrail Müdafiə Ordusunun məlumatında qeyd olunub.
Mənbə: İdf.il