İsrail ordusu HƏMAS-ın liderlərindən birini öldürdü
22 İyun 2024 16:17 | Baxış sayı: 549
Livanda HƏMAS və "Əl-Cəmaə əl-İslamiyyə" qruplaşmasının liderlərindən biri Ayman Qatma İsrail ordusunun zərbələri nəticəsində öldürülüb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd olunur ki, Qatma HƏMAS-ın və "Əl-Cəmaə əl-İslamiyyə" qruplaşmasının silah təchizatına cavabdeh şəxs olub.