SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlİsrail ordusu HƏMAS donanmasının rəhbərini məhv etdi
24 Noyabr 2023 15:17 | Baxış sayı: 612
İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində HƏMAS dəniz qüvvələrinin komandirini öldürüb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.
“İDF, həmçinin, İsrail Kəşfiyyat İdarəsinin və İsrail Baş Təhlükəsizlik Xidmətinin nəzarəti altında olan İDF döyüşçüləri Xan Yunisdəki HƏMAS dəniz qüvvələrinin komandiri Amar Əbu Cəlaləni, həmçinin HƏMAS-ın digər dəniz qüvvələrinin nümayəndəsini öldürüblər”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, o, dənizdə bir neçə terror aktının hazırlanmasına rəhbərlik edib və onların qarşısı İsrail hərbçiləri tərəfindən alınıb.