20 Aprel 2025
İsrail ordusu daha bir HƏMAS liderini zərərsizləşdirdi

İsrail ordusu daha bir HƏMAS liderini zərərsizləşdirdi

İsrail ordusu daha bir HƏMAS liderini zərərsizləşdirdi

23 İyul 2024 15:30 | Baxış sayı: 504

“İsrail ordusu və təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilindəki Tulkarm şəhəri ərazisində birgə antiterror əməliyyatı keçirib”.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, reyd zamanı bir qrup silahlı radikal, o cümlədən Fələstinin HƏMAS hərəkatının yerli bölməsinin lideri öldürülüb:
“Ölənlər arasında HƏMAS-ın Tulkərm bölgəsindəki bölməsinin rəhbəri Əşrəf Nafa da var. Əşrəf İDF-yə hücum üçün nəzərdə tutulan partlayıcı qurğuların istehsalı və quraşdırılmasına, həmçinin HƏMAS sıralarına yeni yaraqlıların cəlb edilməsinə cavabdeh idi. Əməliyyatın hədəfi İsrail Müdafiə Qüvvələrinin üzvlərinə və İsrail Dövlətinə qarşı hücumların planlaşdırılmasında və həyata keçirilməsində iştirak edən fələstinli radikallar olub. Reyd zamanı həmçinin ərazidəki yollara quraşdırılmış çoxsaylı partlayıcı qurğular sökülüb”.
HƏMAS Əşrəf Nafanın öldürüldüyünü təsdiqləyib.
Qeyd edək ki, İsrail ordusu mütəmadi olaraq HƏMAS komandirlərinin və liderlərinin öldürüldüyü barədə məlumat yayır.