İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlİsrail müharibədən yayınmaq üçün Livana son şansı verdi
28 İyul 2024 12:32 | Baxış sayı: 605
İsrail Xarici İşlər Nazirliyi Qolan təpələrinə hücumla əlaqədar olaraq Livana son şansı verib.
AJMEDİA.İNFO xəbər verir ki, bunu X səhifəsində İsrail XİN-in rəsmi nümayəndəsi Oren Marmorşteyn yazıb.
O, Livanda Litani çayının cənubundan Hizbullahın çıxarılmasını tələb edib. Marmorşteyn İsrailə atılan raketin İran istehsalı olduğunu və onun yalnız Hizbullahın arsenalında olduğunu söyləyib:
“Livanın sülh üçün yeganə imkanı Hizbullahı BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini icra etməyə məcbur etməkdir. Hazırda bunu diplomatik yolla etmək üçün son dəqiqələr gedir”.
Qeyd edək ki, dünən Qolan təpələrinə zərbə nəticəsində 12 israilli uşaq və yeniyetmə ölüb. İsrail hücumun Hizbullah tərəfindən həyata keçirildiyini deyib, Hizbullah isə bunu kəskin formada təkzib edib//Globalinfo.az