20 Aprel 2025
"İsrail Livanla müharibə istəmir, amma xalqımızı..." - İsaak Hersoq

"İsrail Livanla müharibə istəmir, amma xalqımızı..." - İsaak Hersoq

"İsrail Livanla müharibə istəmir, amma xalqımızı..." - İsaak Hersoq

24 Sentyabr 2024 13:11 | Baxış sayı: 324

İsrail Livanın "Hizbullah" şiə qruplaşması ilə müharibə istəmir, lakin öz vətəndaşlarını qorumağa borcludur.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail dövlətinin prezidenti İsaak Hersoq "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.



"Dəfələrlə təkrar edirəm: İsrail Livanla müharibə istəmir. Amma bizim xalqımızı qorumaq hüququmuz və borcumuz var”, - deyə o yazıb.


İsrail lideri həmçinin "Hizbullah"ın mülki evlərdə raketlər saxladığını imitasiya edən İsrail Müdafiə Qüvvələrinin (IDF) videosunu da yayıb. Hersoqun sözlərinə görə, minlərlə uzaqmənzilli raket mülki şəxslərin qonaq otaqlarında, yataq otaqlarında və mətbəxlərində saxlanılır və daha sonra israilliləri öldürmək üçün buraxılır.