İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlİsrail Livana zərbələr endirdi: yaralılar var
20 Fevral 2024 05:51 | Baxış sayı: 646
İsrail qırıcıları Livanın Sayda şəhərinin Qaziyyə bölgəsində müəyyən ərazilərə zərbələr endirib.
AJMEDIA.İNFO xəbər verir ki, bu barədə Livanın “Əl-Mayadin” telekanalı məlumat yayıb.
Hücum zamanı avtomobilin vurulduğu və əraziyə xeyli sayda təcili yardım maşınlarının gəldiyi bildirilib.
Digər bir mənbənin bildirdiyinə görə, zərbələr zamanı azı 14 nəfər yaralanıb. Yaralıların əksəriyyəti Suriya və Fələstindən olan qaçqınlardır.