İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlİsrail Livana ZƏRBƏLƏR endirdi
25 Avqust 2024 11:01 | Baxış sayı: 432
İsrail silahlı qüvvələri "İsrailə raket və mərmi atmaq cəhdlərini aşkar etdikdən sonra" döyüş təyyarələrinin Livandakı "Hizbullah" hədəflərinə zərbələr endiriblər.
Bu barədə BBC xəbər yayıb.
İsrail Ordusunun (IDF) sözçüsü Daniel Hagari "Özünümüdafiə məqsədilə bu təhdidləri aradan qaldırmaq üçün İsrail Müdafiə Qüvvələri terrorçuların hədəflərini vurur" deyib.
İsrail bildirib ki, Livan vətəndaşlarına "Hizbullah"ın fəaliyyət göstərdiyi əraziləri dərhal tərk etmələri barədə xəbərdarlıq edilib.
Bir müddət sonra "Hizbullah" ötən ay hərəkatın yüksək səviyyəli hərbi komandiri Fuad Şükürün öldürülməsinə cavab olaraq İsrailə genişmiqyaslı pilotsuz təyyarə hücumu təşkil etdiyini bildirib.