SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlİsrail Livana ZƏRBƏ ENDİRDİ: "Hizbullah"ın komandiri ÖLDÜ
08 Aprel 2024 06:20 | Baxış sayı: 505
İsrail Müdafiə Ordusu Hava Hücumundan Müdafiə Qüvvələrinin Livanın cənubunda yerləşən As-Sultaniyyə rayonuna endirdiyi zərbələr nəticəsində “Hizbullah”ın komandirlərindən biri də daxil olmaqla 3 döyüşçü ölüb.
AJMEDİA.İNFO xəbər verir ki, məlumatı “Reuters” yayıb.
Bildirilib ki, hava zərbəsi nəticəsində ölənlərdən biri “Hizbullah”ın “Raduan” xüsusi təyinatlı dəstəsinin komandiridir.
Məlumata görə, HƏMAS-İsrail müharibəsi başlayandan, oktyabrın 7-dən, ilk dəfədir bu rayona hava zərbələri endirilir.