SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlİsrail-Livan müharibəsi hər an başlaya bilər – Gərginlik PİK HƏDDƏ
18 Oktyabr 2023 10:27 | Baxış sayı: 828
Dünya ictimaiyyətinin diqqəti Qəzza zolağına yönəldiyi halda İsrail-Livan sərhədində hərbi gərginlik ən yüksək həddə çatıb.
AJMEDİA.İNFO Anadolu Agentliyinə istinadən xəbər veriri ki, ötən gün Livan ərazisindən İsrail tanklarına qarşı raket hücumu həyata keçirilib və nəticədə 4 İsrail əsgəri yaralanıb. İsrail buna cavab olaraq raketin atıldığı ərazini artilleriya atəşinə tutub. İsrailə hücuma görə məsuliyyəti Livan “Hizbullah”ı öz üzərinə götürüb. “Hizbullah” tərəfindən verilən yazılı açıqlamada, ər-Rahib bölgəsində İsrail ordusuna aid “Merkava” tipli tanklara qarşı hücumun təşkil edildiyi bildirilib.
İki ölkə arasında vəziyyətin gərgin olduğunu ABŞ-nin öz vətəndaşlarına çağırışı da təsdiqləyir. ABŞ bu hadisədən sonra Livana səyahət xəbərdarlığını ən yüksək səviyyə olan 4-cü səviyyəyə qaldırıb. Eyni zamanda Livanın paytaxtı Beyrutdakı səfirliyində çalışan işçilərinin ailələrinə müraciət edərək ölkəni tərk etməyə çağırıb. (Sfera.az)