İsrail-İordaniya sərhəddində körpüdə atəş açılıb, 3 israilli ölüb
08 Sentyabr 2024 14:00 | Baxış sayı: 379
İsrail və İordaniya arasında sərhəd-keçid məntəqəsində, İordan çayı üzərindəki Allenbi körpüsü üzərində israilli işçilərə atəş açılıb.
“The Times of Israel” xəbər verir ki, İordaniyadan gələn yük maşınının sürücüsü israilli işçiləri atəşə tutub.
Nəticədə 3 israilli ölüb.
Atəş açan şəxs zərərsizləşdirilib.