İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlİsrail İordaniya ilə sərhəddə hasarlar quracaq
03 Sentyabr 2023 19:41 | Baxış sayı: 592
İsrail İordaniya ilə sərhəddə hasarlar quracaq.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Teleqramda bildirib.
“Biz Misirlə cənub sərhədində hasarlar qurduq və qanunsuz miqrantların İsrailə girişini dayandırdıq. Bu, ölkəmizi məhv edə biləcək Afrikadan bir milyondan çox qanunsuz miqrantların ölkəyə girişinin qarşısını aldı.
İndi biz İordaniya ilə şərq sərhədində hasarlar quracağıq və o bölgədən də sızmanın qarşısını alacağıq.
Sərhədlərimizi qoruyacağıq – ölkəmizi qoruyacağıq!”, - siyasətçi qeyd edib.axar.az