20 Aprel 2025
İsrail ilk dəfə bu silahdan İSTİFADƏ ETDİ - FOTO

İsrail ilk dəfə bu silahdan İSTİFADƏ ETDİ - FOTO

İsrail ilk dəfə bu silahdan İSTİFADƏ ETDİ - FOTO

10 Noyabr 2023 10:31 | Baxış sayı: 749

İsrail döyüşlərdə “Strela-3” (ivrit dilində “Hetz-3”) zenit-raket kompleksindən ilk dəfə uğurla istifadə edib.

AJMEDİA.İNFO xəbər verir ki, IDF bu silahdan Qırmızı dəniz üzərində hava hədəfini vurmaq üçün istifadə edib.

Departamentin məlumatına görə, İsrailə yönələn hədəfin vurulması dünən, noyabrın 9-da axşam saatlarında həyata keçirilib.

“Bu, "Strela-3" sisteminin 2017-ci ildə xidmətə girdiyi vaxtdan bəri ilk operativ müdaxilədir. Bu, ötən həftə "Strela-2" sistemi tərəfindən edilən ilk əməliyyatın davamıdır”, - deyə nazirliyin press-relizində bildirilir.

Successful tests of the Hetz-3 missile defense system passed in Israel

Qeyd edilib ki, hər iki kompleks İsrailin hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə”nin bir hissəsidir.

Belə ki, "Hetz-2" 1,5 min km-ə qədər, "Hetz-3" isə 2,4 min km-dən uzaq mənzilli ballistik raketlərə qarşı istifadə olunur. Eyni zamanda, kosmosda uzun mənzilli raketləri tutmaq üçün "Hetz-4" də inkişaf etdirilir.

Dünən, noyabrın 9-da İsrail Müdafiə Qüvvələri (IDF) Yəməndən atılan raketi vurduğunu elan edib.

Nazirlik hansı sistemdən istifadə edildiyini açıqlamayıb.

Xatırladaq ki, İsrailin radikal HƏMAS hərəkatı ilə müharibəsi oktyabrın 7-dən davam edir.//Musavat.com