20 Aprel 2025
İsrail hökuməti Ben-Qvirin nazir vəzifəsinə təyinatını TƏSDİQLƏDİ

İsrail hökuməti Ben-Qvirin nazir vəzifəsinə təyinatını TƏSDİQLƏDİ

İsrail hökuməti Ben-Qvirin nazir vəzifəsinə təyinatını TƏSDİQLƏDİ

19 Mart 2025 18:00 | Baxış sayı: 538

İsrail hökuməti Baş nazir Benyamin Netanyahunun ultrasağ "Otsma yehudit" ("Yəhudi gücü") partiyasının lideri İtamar Ben-Qvirin milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilməsi təklifini təsdiqləyib.


AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazirin dəftərxanası məlumat yayıb.


"Hökumət yekdilliklə Netanyahunun Knessetin (parlament) deputatı İtamar Ben-Qvirin milli təhlükəsizlik naziri vəzifəsinə yenidən təyin edilməsi təklifini təsdiqləyib", - deyə məlumatda bildirilib.


Xatırladaq ki, yanvarın sonunda Ben-Qvir parlament koalisiyasından çıxdığını elan edib və Qəzza zolağında atəşkəs razılaşmasına etiraz olaraq, hökuməti tərk edib.