20 Aprel 2025
İsrail HHQ Livanın cənubunda "Hizbullah"ın iki postuna hücum edib

İsrail HHQ Livanın cənubunda "Hizbullah"ın iki postuna hücum edib

İsrail HHQ Livanın cənubunda "Hizbullah"ın iki postuna hücum edib

07 Mart 2024 05:19 | Baxış sayı: 566

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda "Hizbullah"ın yerləşdiyi Yarun və Yatir bölgələrinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, hava zərbələri "Hizbullah"ın Metula yaşayış məntəqəsinə edilən hücumdan sonra həyata keçirilib.

İtkilər barədə məlumat verilmir.

Bundan əvvəl İsrail təyyarələri Livanın cənubundakı Bint Cbeil şəhərinə hücum təşkil edib.