20 Aprel 2025
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında 30 radikal hədəfə hücum edib

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında 30 radikal hədəfə hücum edib

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında 30 radikal hədəfə hücum edib

11 Avqust 2024 09:00 | Baxış sayı: 318

İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağının hər yerində 30 müxtəlif radikal hədəfə zərbələr endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hücum edilən hədəflər arasında hərbçilər “silah anbarları”, “hərbi qurğular” və “tank əleyhinə raket buraxılış qurğusunu” sadalayıblar.

Bundan əlavə, İsrail quru qüvvələri sektorun cənubundakı Rəfah şəhəri ərazisində əməliyyatlarını davam etdirir.