20 Aprel 2025
İsrail HƏMAS liderinin cəsədini geri qaytaracaq?

İsrail HƏMAS liderinin cəsədini geri qaytaracaq?

İsrail HƏMAS liderinin cəsədini geri qaytaracaq?

14 Yanvar 2025 12:44 | Baxış sayı: 439

İsrail Qəzza ilə bağlı razılaşma çərçivəsində 2024-cü ilin oktyabrında Fələstin anklavı ərazisində İsrail hərbçiləri tərəfindən öldürülmüş HƏMAS hərəkatının lideri Yəhya Sinvarın cəsədini qaytarmayacaq.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Ynet" portalı mənbəyə istinadən məlumat yayıb.


"İsrail baş terrorist Sinvarın cəsədini razılaşma çərçivəsində HƏMAS-a qaytarmayacaq. Bu baş verməyəcək və nöqtə", - mənbədən vurğulanıb.


Bundan əvvəl "Al Hadath" telekanalı HƏMAS-ın İsraildən Yəhya Sinvarın cəsədini qaytarmağı tələb etdiyini bildirmişdi. Onun mənbələrinə görə, radikallar İsrailə aparılmış Sinvarın cəsədini Qəzzada atəşkəs haqqında sazişin birinci mərhələsi çərçivəsində almaq istəyirlər.


Xatırladaq ki, Sinvar oktyabrın 16-da Qəzzanın cənubunda İsrail hərbçiləri tərəfindən öldürülüb.