SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlİsrail HƏMAS-ın 400-dən çox hədəfini vurdu - 24 saatda
24 Oktyabr 2023 06:46 | Baxış sayı: 708
İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində HƏMAS-ın 400-dən çox hədəfini vurub və hərəkatın bir neçə komandirini öldürüb.
AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"HƏMAS-ın terror hücumları imkanlarını aradan qaldırmaq üçün genişmiqyaslı əməliyyat zamanı İsrail Müdafiə Qüvvələri onlarla döyüşçüyə və hərəkatın məscidlərdəki dayaq nöqtələrinə zərbələr endirib", - məlumatda deyilir.
Həmçinin, İsrail ordusu HƏMAS-ın qazdığı tunellərə zərbə endirib.
Zərbələr nəticəsində Nuseyrat, Şati və Furqan batalyonlarının komandir müavinləri məhv edilib.