20 Aprel 2025
İsrail “Harop-1”in istifadəsini müvəqqəti dayandırır

İsrail “Harop-1”in istifadəsini müvəqqəti dayandırır

İsrail “Harop-1”in istifadəsini müvəqqəti dayandırır

22 Yanvar 2023 13:00 | Baxış sayı: 483

İsrail ordusu kəşfiyyat məlumatı toplamaq üçün istifadə etdiyi "Şoval" (“Harop-1”) tipli pilotsuz uçuş aparatlarının (PUA) istifadəsini müvəqqəti olaraq dayandırdığını açıqlayıb.
AJMEDİA.İNFO
Yeniavaz.com-a istinadla xəbər verir ki, buna səbəb səhər saatlarında “Şoval” tipli PUA-nın havaya qalxması zamanı zədələnməsi olub.
Açıqlamada can itkisi və xəsarət almayan qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
Açıqlamada həmçinin qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələri komandanı Tomer Bar qəza ilə bağlı araşdırmalar tamamlanana qədər Şoval sistemlərinin fəaliyyətini dayandırıb.
İsrail ordusu açıqlamasında qəza yeri və qəza ilə bağlı təfərrüatlara yer verməyib.