SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlİsrail Cənubi Livandan bütün qoşunlarını ÇIXARDI
18 Fevral 2025 16:30 | Baxış sayı: 859
"İsrail Müdafiə Ordusu (SAXAL) Cənubi Livandan demək olar ki, tam çıxıb, yalnız beş strateji nöqtədə mövcudluğunu qoruyub".
AJMEDİA.İNFO-nun məlumatına görə, bu barədə İsrail ordusunun radiostansiyası öz saytında məlumat yayıb.
"Ordu beş obyekt istisna olmaqla, müəyyən edilmiş müddətə uyğun olaraq Cənubi Livandan qoşunların çıxarılmasını başa çatdırıb", - deyə məlumatda qeyd olunur.
Livanın "Əl-Mənar" telekanalı da SAXAL qoşunlarının Cənubi Livandan çıxarılmasını təsdiqləyib. Bildirilir ki, Livan ordusu ölkənin Cənubunda bu vaxta qədər İsrail hərbçilərinin əlində olan Meys Əl-Cəbəl, Blida və Məhbib yaşayış məntəqələrinə daxil olub.