İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlİsrail BMT agentliyini Yerusəlimdən çıxarır
25 Yanvar 2025 08:00 | Baxış sayı: 478
İsrail hakimiyyəti BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi yanvarın 30-dək Yerusəlimi tərk etməyi əmr edib.
“Report” xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon deyib.
Danon BMT-nin Baş Katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib ki, agentlik 30 yanvar 2025-ci il tarixindən gec olmayaraq Qüdsdəki fəaliyyətini dayandırmağa və şəhərdə fəaliyyət göstərdiyi bütün binaları boşaltmağa borcludur.
Agentliyin fəaliyyətinin qadağan edilməsi haqqında qanun 28 oktyabr 2024-cü ildə İsrail parlamenti (Knesset) tərəfindən səs çoxluğu ilə qəbul edilib. Onun qəbul edilməsinə səbəb qurumun “HƏMAS”la əməkdaşlıq etməsi ilə bağlı ittihamlar olub.