SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlİsrail baş diplomatı ilk dəfə Rusiyanı sərt tənqid etdi...- "Bu, Ukraynaya təcavüzdür..."
01 Mart 2023 05:10 | Baxış sayı: 555
İsrailin xarici işlər naziri Eli Koen Ukraynada keçirilən xüsusi əməliyyata qiymət verərək, kəskin anti-Rusiya bəyanatı səsləndirib. Berlində Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşdə israilli siyasətçi bildirib ki, Təl-Əviv Rusiyanın xüsusi əməliyyatını təcavüz kimi qiymətləndirir və onu qətiyyətlə pisləyir.
AJMEDİA.İNFO xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb.
“Əlbəttə, biz Rusiyanın təcavüzünü pisləyirik”, - deyə Koendən sitat gətirilib.
İsrail Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, ölkəsi bu yaxınlarda BMT Baş Assambleyasında Ukrayna ilə bağlı anti-Rusiya qətnaməsini dəstəkləyib. Fevralın ortalarında isə Koen Kiyevə səfər edib.
Vladimir Zelenski ilə görüşdə o, İsrail tərəfinin Ukraynaya dəstəyi gücləndirəcəyini və ölkənin yenidən qurulmasına töhfə verməyi planlaşdırdığını əmin edib.
Moderator.az