20 Aprel 2025
İsrail Aviasiya Sənayesi Azərbaycana verəcəyi müşahidə peykləri 120 milyon dollar dəyərində qiymətləndirilir

04 Oktyabr 2023 06:04 | Baxış sayı: 803

İsrailin Aviation Industry (IAI) dövlət müdafiə konserni Azərbaycanın “Azərkosmos” kosmik agentliyinə iki müşahidə peykinin tədarükü ilə bağlı müqavilə imzalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, söhbət yer səthi üçün yüksək ayırdetməli təsvir texnologiyası ilə təchiz edilmiş və dəyəri 120 milyon dollar qiymətləndirilən OptSat500 peyklərindən gedir.

İsrail konserni həmçinin azərbaycanlı kadrların peyklərlə işləməsi üçün təlimlər keçirəcək.

Bundan əlavə, tərəflər Azərbaycanda aerokosmik innovasiya mərkəzinin və birgə biznes mərkəzinin yaradılması, elmi proqramların hazırlanması barədə razılığa gəliblər.

Xatırladaq ki, “Airbus” tərəfindən istehsal olunan və 2014-cü ildə orbitə buraxılan əvvəlki Azərbaycan peyki 2020-ci ildə sıradan çıxıb.

.

ajmedia.info