İsrail atəşkəsə hazırdır... - Netanyahu
05 May 2024 18:18 | Baxış sayı: 486
İsrail girovların azad edilməsi müqabilində Qəzzada müvəqqəti atəşkəsi təmin etməyə həmişə hazır olub və indi də hazırdır.
AJMEDIA.INFO xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, İsrail HƏMAS batalyonlarının Qəzza zolağına nəzarəti yenidən ələ keçirməsi vəziyyətini qəbul etməyəcək.