SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlİsrail ABŞ-də yaşayan 10 minə yaxın insanı səfərbər edib
27 Oktyabr 2023 05:20 | Baxış sayı: 562
İsrail Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda ABŞ-də yaşayan 10 minə yaxın insanı səfərbər edib.
“Report” xəbər verir ki, bu barədə “The Washington Post” İsrail diplomatik dairələrində adı açıqlanmayan mənbəyə istinadən yazır.
“ABŞ-da yaşayan 10 minə yaxın insan oktyabrın 7-dəki hücumdan sonra çağırış bildirişi alaraq İsrailə hərbi xidmət gəliblər”, - mənbə qeyd edib.
Bu rəqəmə “İsraillə əlaqəsi olan” ABŞ vətəndaşları və tələbələrlə işçilər kimi digər sakinlər də daxil olduğu vurğulanır.
Fələstin – İsrail münaqişəsinin gərginləşməsi başlayandan bəri İsrail 300 min ehtiyatda olan əsgəri orduya çağırıb.