İspaniyanı Avropa çempionu etmişdi, belə qarşılandı - Video
22 İyul 2024 09:26 | Baxış sayı: 462
Almaniyada təşkil olunan AVRO-2024-ün final matçında İngiltərəyə vurduğu qolla İspaniyaya çempionluq qazandıran Mikel Oyarzabal məhəlləsində təmtəraqla qarşılanıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdə futbolçunun adına pankart açıldığı və fakellərdən istifadə olunduğu əks olunub.
Xatırladaq ki, AÇ-2024-ün final görüşündə İspaniya yığması İngiltərəni 2:1 hesabı ilə məğlub edərək 4-cü dəfə Avropa çempionu olub.