İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlİspaniyada güclü yanğın olub, ölən və xəsarət alanlar var
23 Aprel 2023 12:22 | Baxış sayı: 591
İspaniyanın paytaxtı Madriddə italyan restoranında "Alovlu pizza” əyləncə mərasimində baş verən yanğın zamanı 2 nəfər ölüb, daha 12 nəfər xəsarət alıb.
Bu barədə yerli mətbuat xəbər verir.
Qeyd edilir ki, hadisəyə səbəb ofisiantın pizzanı yandırarkən, alovun tavan bəzəklərinə keçməsi olub. Bundan sonra alov restoranı bürüyüb.
Madrid meri Luis Martinez-Almeyda ölənlərdən birinin restoran işçisi, digərinin isə müştəri olduğunu bildirib.
Hadisə ilə bağlı araşdırma aparılır.