20 Aprel 2025
İspaniyada fırtına nəticəsində beşmərtəbəli bina çöküb

İspaniyada fırtına nəticəsində beşmərtəbəli bina çöküb

İspaniyada fırtına nəticəsində beşmərtəbəli bina çöküb

13 İyun 2023 17:15 | Baxış sayı: 479

İspaniyanın Araqon muxtar icmasında yerləşən Teruel şəhərində beşmərtəbəli bina çöküb.

Bu barədə regional fövqəladə hallar xidməti tviter səhifəsində məlumat yayıb.

“Beşmərtəbəli binanın 21 mənzilinin sakinləri bina tamamilə çökmədən təxliyə edilib”, - məlumatda deyilir. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir. Hadisənin səbəbləri hələlik məlum deyil.

Lakin “El Español” qəzeti yazıb ki, hər şey binanın son günlər şəhərdə tüğyan edən fırtına nəticəsində çökdüyünə dəlalət edir.