SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlİspaniya xilasediciləri Afrikadan olan yüzə yaxın qanunsuz miqrantın olduğu qayığı saxlayıb
11 İyul 2023 00:34 | Baxış sayı: 662
86 qeyri-qanuni miqrantın olduğu qayıq Kanar adalarının bir hissəsi olan Qran Kanariya adasından təxminən 130 km cənubda ispaniyalı xilasedicilər tərəfindən saxlanılıb.
Bu qayıqda Afrika əsilli 80 kişi və altı qadın olub.
Bildirilib ki, onların sağlamlığı üçün təhlükə yoxdur.
Yerli mətbuatın məlumatına görə, qayıq 200 nəfərə qədər olan başqa bir gəmini axtararkən təyyarədən görünüb.
İspaniya mətbuatı qeyd edir ki, son həftələrdə Kanar adalarına qeyri-qanuni mühacirləri daşıyan bir neçə böyük qayıq çatıb ki, onların da əksəriyyəti Seneqaldan gəlib.