20 Aprel 2025
İspaniya Ukraynaya səhra xəstəxanası və zirehli transportyorlar göndərəcək

İspaniya Ukraynaya səhra xəstəxanası və zirehli transportyorlar göndərəcək

İspaniya Ukraynaya səhra xəstəxanası və zirehli transportyorlar göndərəcək

16 İyun 2023 04:08 | Baxış sayı: 748

İspaniya hökuməti Ukraynaya səhra xəstəxanası, həmçinin daha 20 zirehli transportyor verəcək.

Bu barədə ölkənin müdafiə naziri Marqarita Robles deyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, zirehli transportyorlar ilkin olaraq iyunun 19-da Polşaya çatacaq və artıq təhvil verilən 40 maşın, həmçinin təmirdə olan 4 ədəd "Leopard 2A4" tankına əlavə olunacaq.

M.Robles də Kiyevə səhra xəstəxanasının verilməsini açıqlayıb. “Onun çatdırılmasından əvvəl ukraynalı hərbçilərə İspaniyada təlim keçmək planlaşdırılır”, - deyə İspaniya Müdafiə Nazirliyi qeyd edib.