İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlİspaniya Ukraynaya “Leopard” tankları göndərib
22 Aprel 2023 18:22 | Baxış sayı: 515
İspaniya Ukraynaya təmir edilmiş 6 “Leopard” tankı göndərib.
Bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, bu hərbi texnikanın olduğu gəmi Santander dəniz limanından Polşaya yola düşüb. Daha sonra tanklar Kiyevə təhvil veriləcək.
Xatırladaq ki, daha əvvəl İspaniyanın müdafiə naziri Marqarita Robles bildirmişdi ki, bu tanklar aprelin sonuna qədər Ukraynaya təhvil verilməlidir. İspaniya daha 4 “Leopard” tankını Kiyevə təhvil verməyi planlaşdırır.